DÜNYA

İtaliyada rekord məbləğdə vergi yığılıb
28 FEVRAL 2017
535

İtaliyada rekord məbləğdə vergi yığılıb

2017-02-28 12:45:00

İtaliya hökumətinin vergi ödəməkdən yayınmağa qarşı qəbul etdiyi yeni proqram sayəsində 2016-cı ildə ölkədə yığılmış verginin məbləği təqribən 19 milyard avro olub.

Fins.az “vergiler.az” saytına istinadla xəbər verir ki, İtaliyanın Vergi Xidməti vergi informasiyasının könüllü açıqlanması proqramının həyata keçirilməsi barədə əvvəlcədən elan verib. Bunun nəticəsində 130 min vergiödəyicisi əvvəllər ödənilməmiş və ya büdcədən gizlədilmiş 4,3 milyard avro məbləğində vergini könüllü şəkildə büdcəyə köçürüb.

Bundan əlavə, proqramda televiziya lisenziyaları üçün ödənişlərin aşağı salınması da nəzərdə tutulub. Bununla da, lisenziyaların alınmasından vergi yığımları 25 faiz artaraq 2,1 milyard avro təşkil edib, lisenziya almaqdan yayınanların faiz göstəricisi isə keçən il 30 faizdən 4 faizə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256