DÜNYA

Trampın devrilməsi üçün - 10 MADDƏLİK PLAN
27 FEVRAL 2017
935

Trampın devrilməsi üçün - 10 MADDƏLİK PLAN

2017-02-27 19:47:00

Amerika rejissoru Maykl Mur ABŞ prezidenti Donald Trampın devrilməsi üzrə 10 bənddən ibarət plan hazırlayıb.

Fins.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.

Rejissorun sözlərinə görə, Moskva ilə münasibətləri qaydaya salmaq cəhdi, həmçinin miqrasiya siyasəti haqqında fərmanın qeyri-populyarlığı ilə əlaqədar olaraq dövlət başçısında hazırda çox böyük problemlər var. Mur ABŞ vətəndaşlarına hər gün Konqresə Trampdan şikayət zəngləri etməyi, ona qarşı keçirilən etiraz aksiyalarına qatılmağı təklif edir.

“Biz onu dayandıra bilərik. Zorakılıq tətbiq etmədən onun ziyan vurmasına mane ola bilərik”, - rejissor çağırır.

Onun sözlərinə görə, etiraz aksiyaları Trampa və onun administrasiyasına xatırladacaq ki, bütün amerikalılar onun üçün səs verməyiblər.

Xatırladaq ki, Amerika rejissoru fevralın 15-də Donald Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb. Rejissor bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək.

“Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm”, - o, Tvitter səhifəsində yazmışdı.

Maykl Mur növbəti mesajında əlavə edib ki, bunu yaxşılıqla etmək olar: “Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq".

Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə edib. Rejissor xəbərdarlıq edib ki, Trampın prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər.

Qeyd edək ki, Maykl Mur kəskin sosial və siyasi satira janrında filmlər çəkir. Mur öz işlərində kapitalizm, qloballaşma, meqakorporasiyalar, neoliberalizm və ABŞ-ın Respublikaçılar Partiyasını tənqid edir.

Onun “Farenqeyt 9/11” sənədli filmi daha çox maraq doğurub. Filmdə tənqid hədəfi ABŞ-ın keçmiş prezidenti, kiçik Corc Buşdur. Burada yalnız ABŞ xalqı üzərində oynanılan oyunlar deyil, eyni zamanda dünya üzərində icra edilən qaranlıq fəaliyyət açıq şəkildə dilə gətirilir. Filmin qiymətini artıran əsas məqam heç bir iddianın dəlilsiz olmamasıdır.

 

Mənbə Publika

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255