DÜNYA

Dollar avro səviyyəsinədək yüksələ bilər
10 YANVAR
1189

Dollar avro səviyyəsinədək yüksələ bilər

2017-01-10 12:38:00

Dollar avro səviyyəsinədək yüksələ bilər. Fins.az xəbər verir ki, belə bir proqnozla "Goldman Sachs" investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.

Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə - iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: "Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir".

Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288