DÜNYA

ABŞ strateji neft ehtiyatlarını satacaq
10 YANVAR
406

ABŞ strateji neft ehtiyatlarını satacaq

2017-01-10 11:05:00

ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satmağı planlaşdırır. Fins.az-ın "İnterfax"-a istinadən verdiyi xəbərə görə, əldə olunan vəsait isə strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcək.

ABŞ-ın Energetika Nazirliyi yanvarın 17-nə kimi neft alışına dair ərizələrin qəbulunu həyata keçirəcək. Tədarük isə mart və aprel aylarında baş tutacaq.

Bildirilir ki, növbəti 4 il ərzində ABŞ-ın strateji ehtiyatlarından ümumi dəyəri 2 mlrd. dollar təşkil edən yanacaq satışı həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312