DÜNYA

Yuan devalvasiyaya uğradı
09 YANVAR
2940

Yuan devalvasiyaya uğradı

2017-01-09 11:04:00

Çin Xalq Bankı yuanı dollarla müqayisədə bu gün, dekabrın 9-da daha 0,86% ucuzlaşdıraraq 6,9262 FX:USD/CNY-yə bərabər edib. Fins.az-ın verdiyi məlumata görə, cümə gününə bu göstərici 6,8668 FX:USD/CNY bərabər olub.

Belə ki, Çinin valyuta ehtiyatları 2015-cı ilin yanvar ayından etibarən yuan dollara qarşı 10,61% itirib.  Analitiklərin hesab etdiyinə görə, Çin Donald Trampın inaqurasiya qabağı məzənnəni 7 dollara dək düşməyindən ehtiyyat edir və buna qarşı addımlar atır.

Qeyd edək ki, Trampın andiçməsi yanvarın 20-nə təyin edilib.

Xatırladaq ki, Çində 20 ilin ən iri devalvasiyasını 2015-ci ilin yayında baş tutdu. O vaxt milli valyuta dollara qarşı 2 % itirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287