DÜNYA

Bu neft ölkəsində minimal maaş 50 faiz qaldırıldı...
09 YANVAR
1327

Bu neft ölkəsində minimal maaş 50 faiz qaldırıldı...

2017-01-09 10:11:00
Venesuela prezidenti Nikolas Maduro  minimal əmək haqqının 50 faiz yüksəldildiyini bəyan edib.
Bu, artıq son 1 il ərzində  ölkədə 5-ci maaş artımıdır.  Beynəlxalq Valyuta Fondu Venesuelada 2016-cı il ərzində inflyasiyanın 500 faiz olduğunu açıqlayıb.  Bu isə  dünyada ən yüksək inflyasiya səviyyəsidir. Müxalifət Venesuela prezidentini neftlə zəngin ölkədəki iqtisadi problemlərə görə günahlandırır. Maduro özü isə bildirir ki, onun hökuməti  ölkənin iri  biznes oliqarxlarının onun solçu administrasiyasına qarşı apardığı iqtisadi müharibənin  qurbanı olub. Amma  sosialist prezidentin düşmənləri böhranın əsas səbəbinin Maduronun həddən artıq qeyri-effektiv siyasətinin olduğunu bildirirlər. Müxalifət  prezidentin  istefası barədə referendum keçirlməsini tələb edir.
Mənbə:Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7201
  • € EUR
    1.8654
  • ₽ RUB
    0.0302