DÜNYA

Yuanı ucuzlaşdıran risk ssenarisidir - Goldman Sachs
06 YANVAR
1032

Yuanı ucuzlaşdıran risk ssenarisidir - Goldman Sachs

2017-01-06 21:43:00

Bu il iş adamlarına Braziliya, Rusiya, Hindistan və Cənubi Afrikanın pul vahidlərinə investisiya yatırımları etmək məsləhət görülür. Bu barədə Goldman Sachs öz hesabatında bəyan edib. Hesabata görə, Çin xaric olmaqla yuxarıda adları sadalanan dörd ölkə daha perspektivlidir.  

Goldman Sachs analitikləri hesab edirlər ki, ödəniş sistemlərinin inkişafı, inflyasiyanın düşməsi, real uğurları və güclü inkişaf ehtimalları ilə bu dördlük daha çox ön plana çıxır.

Goldman Sachs analitikləri yuanın dollar qarşısında 2017-ci ilin  sonunda 7,3 səviyyəsinə düşəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, Bloomberg-in proqnozuna qatılan iqtisadçılar isə bu enişi təxminən 7,16 səviyyəsində görürlər.

Goldman Sachs, Çin, Cənubi Koreya və digər Asiya ölkələri iqtisadiyyatlarına qarşı yeni ABŞ prezidenti Donald Trumpın “qoruyucu ticarət siyasətinə” diqqət çəkərək, Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika ilə bağlı Trampın daha yumşaq mövqe tutduğunu bildirir. Hesabatda xüsusilə sərmayə çıxışlarının sürətlənməsinə siyasi bir cavab olaraq yuanın dəyərsizləşdirilməsinin bir risk ssenarisi olduğu vurğulanır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8566
  • ₽ RUB
    0.0299