DÜNYA

Nağd puldan imtina etməyə – HAZIRLIQ GEDİR
06 YANVAR
3157

Nağd puldan imtina etməyə – HAZIRLIQ GEDİR

2017-01-06 18:37:00

Avropanın böyük bir hissəsi, Hindistan, ABŞ qeyri-nağd hesablaşmalarla əməliyyatlara hazırdır. Fins.az-ın verdiyi xəbərə görə, tezliklə dünya rəqəmsal ödənişlər sisteminə tam keçməyə hazır olacaq. 

"The Daily Coin" investisiya araşdırma saytının analitiki Rori Holun (Rory Hall) hesablamalarına görə, hazırda dünyada hər 3 nəfərdən biri nağd hesablaşmalardan istifadə etmir. 

Qeyd edək ki, dünya əhalisinin 1/7 hissəsinin məskunlaşdığı Hindistan qısa müddət bundan əvvəl ölkədə 500 və 1000 rupilik əsginasların tədavülünü məhdudlaşdırıb. Bu ilin əvvəlində Taylandın sikkələri dövriyyədən çıxarması gözlənilir. Bu ölkə elektron ödənişlərin təşviqi üçün ciddi işlər görməyə başlayıb. Hətta Tayland Mərkəzi Bankı "PromtPay" sistemindən istifadəyə görə 1 mln. bat (125 min ABŞ dolları) lotereya oynanmasını qərarlaşdırıb. Bununla, Tayland "kölgə iqtisadiyyatı"nın payını azaldaraq 100 mln. bat (12,5 mln. dollar) əlavə verginin toplanmasına ümid etdiyini bildirib. Cənubi Koreya isə artıq metal pullardan imtina edib. Çində nağdsız hesablaşmalar 2016-cı ildə illik müqayisədə 40% artım göstərib və hazırda bu ölkə ABŞ, Avropa, Braziliyadan sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, hazırda C.Koreyada 50,22 mln., Hindistanda 1,33 mlrd., Taylandda 68,22 mln. əhalinin yaşadığını, 1,35 mlrd. Çin əhalisinin 40%-ni də əlavə etdikdə, təxminən 2 mlrd. insanın nağdsız hesablaşmalardan istifadə etdiyi bildirilir. Buna bir də ABŞ, Avropa və Braziliya əhalisini əlavə etsək dünyada hər 2 insandan birinin nağdsız ödənişlər apardığını ehtimal etmək olar.

ABŞ-ın keçmiş maliyyə naziri, Obama hakimiyyətində Milli İqtisadi Şuranın sədri olmuş Larri Sammers 100 dollarlıq əsginasların ləğv edilməsinə çağırıb. Xatırladaq ki, dünyada 1,2 trln. dollar həcmində 100 dollarlıq əsginaslar var və buunlardan imtina rahat şəkildə nağdsız hesablaşmalara keçidi təmin edəcək.

Mənbə: report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0080
  • ₽ RUB
    0.0297