DÜNYA

Kritik məlumat öncəsi dollar ucuzlaşır
06 YANVAR
1604

Kritik məlumat öncəsi dollar ucuzlaşır

2017-01-06 14:08:00

Qlobal bazarlar, bu gün Bakı vaxtı saatı 17:30-da ABŞ-da dekabr ayına dair  kənd təsərrüfatı xaric məşğulluq hesabatını (NFP) və işsizlik nisbəti məlumatını gözləyir. Bu göstəricilərin, FED-in faiz artırdığı dekabr iclasının ardından əhəmiyyəti artıb.

GÖZLƏNTİLƏR

Noyabr  ayında 178 min məşğulluq artımı və 4,6 faiz işsizlik nisbəti qeyd edillb. Dekabr ayı üçün iqtisadçıların gözləntisi 175 min artımdır. İqtisadçılardan gələn ən yüksək proqnoz 221 min, ən aşağı proqnoz isə 125 mindir.
İşsizlik nisbətinin isə 4,7 faiz səviyyəsinə yüksəlməsi gözlənilir.

NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?

FED-in dekabr ayındakı faiz artırmasından sonra ilk, Obama dövründə açıqlanacaq son kənd təsərrüfatı xaric məşğulluq göstəricisidir. FED-in faizi artırdığı dekabr ayının protokolları məşğulluğun rəsmilər üçün əsas məsələlərdən biri olduğunu göstərmişdi. İşsizlik nisbəti geriləməyə davam edərkən FOMC üzvləri məşğulluq bazarında həddən artıq "qızma" baş verib vermədiyini müzakirə edir.

FED ÜÇÜN NƏ QƏDƏR YETƏRLİDİR?

FED məşğulluq bazarının gəldiyi nöqtədə həddindən artıq "qızmasından" narahatdır. Bəzi iqtisadçılar dekabrda sərt qış şəraiti səbəbindən kənd təsərrüfatı xaric məşğulluq artımında zəif nəticə gözləyirlər, ancaq Yellen aşağı rəqəmlər çıxsa belə vəziyyətin güclü olduğu fikrindədir. FED sədri, ABŞ iqtisadiyyatının ayda 100 min yeni məşğulluq yaratmasının yetərli olduğunu söyləmişdi. FED rəsmisi Uilyamsa görə isə 80 min də kifayətdir.

DOLLAR UCUZLAŞIR

Dünya valyuta birjalarında dolların qiyməti ucuzlaşmaqda, digər valyutalar isə bahalaşmaqda davam edir. Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın dekabr ayı üzrə işsizlik və “NFP” xəbəri fonunda zəif gözləntilər dollara olan tələbatı azaldır.

Azərbaycanın investisiya şirkəti "İnvestAZ"dan bildirilib ki, EUR/USD məzənnəsi cümə axşamı Amerika sessiyasında 1.0614$-a kimi qalxıb və 1.0650 və 1.0717$-a kimi də dəyər qazana bilər. Lakin maliyyə bazarlarında FED-in cari il ərzində faiz artıracağı gözləntilərinin hələ də yüksək qalması, avronun bahalaşmasını müvəqqəti qiymətləndirməyə və məzənnənin yenidən 1.03 və 1.01-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Dolların ucuzlaşması qızıla olan tələbatı artırıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti cümə axşamı Amerika sessiyasında 1185$-a kimi bahalaşıb və 1190/96$-a kimi də bahalaşa bilər.

 

 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0080
  • ₽ RUB
    0.0297