DÜNYA

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb
26 NOYABR
385

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb

2016-11-26 10:48:00

ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Fins.az-ın “New York Daily News” qəzetinə istinadən verdiyi xəbərə görə, Nyu-Cersi ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci  güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Nevada ştatının Reno şəhərində, “Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.

Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.

Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.

Eləcə də bax: Bakıda «Qara Cümə» endirimləri – MAĞAZALARIN SİYAHISI

Eləcə də bax: 28 MALL-dakı "qara cümə" – ENDİRİMLƏRİ

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275