DÜNYA

“Qara bazar” büdcəyə ciddi ziyan vurur – BRİTANİYADA
25 NOYABR
507

“Qara bazar” büdcəyə ciddi ziyan vurur – BRİTANİYADA

2016-11-25 17:36:00

Böyük Britaniyada “Qara bazar”ın canlanması, o cümlədən, siqaret, alkoqol və dizel yanacağının qeyri-qanuni satışı sayəsində dövlət büdcəsinə 31,6 milyard funt-sterlinq həcmində ziyan dəyib.

Fins.az “vergilər.az” saytına istinadla bildirir ki, ölkədə fəaliyyət göstərən Vergi Ödəyiciləri Alyansının hesablamalarına görə, son beş il ərzində siqaretin “qara bazar”da satılması dövlət xəzinəsinə daxilolmaları 13,9 milyard, yanacaq qaçaqmalçılığı isə 4,8 milyard funt-sterlinq azaldıb.

Böyük Britaniyada mövcud olan “qara bazar”a görə dövlət xəzinəsi 5,8 milyard funt-sterlinq həcmində pivə, 3,6 milyard funt-sterlinq həcmində sərt spirtli içki və 3,5 milyard funt-sterlinq həcmində şərab vergisindən də məhrum olub.

Vergilər və Yığımlar İdarəsindən isə bildirilib ki, Britaniyada ödənilməli olan verginin məbləği ilə real yığılan məbləğ arasındakı fərq dünya göstəriciləri ilə müqayisədə ən aşağı səviyyədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271