DÜNYA

Türkiyədə dollar yeni rekord vurdu
25 NOYABR
1828

Türkiyədə dollar yeni rekord vurdu

2016-11-25 15:18:00

Lirə dollar və avro qarşısında sürətlə ucuzlaşmaqda davam edir. Fins.az-ın məlumatına görə, səhər saatlarından etibarən dollar 3.4768 TL-yə, avro isə 3.6702 TL-yə kimi yüksəlib. Bu isə növbəti rekorddur. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının uçot dərəcələrini aşağı salması ilə dollar 3.37 lirəyə qədər ucuzlaşmışdı.

 Avropa Parlamentinin Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələrinin müvəqqəti dondurulmasına dair qərarı isə məzənnənin sürətlə dəyişməsinə səbəb oldu. Eyni vaxtda 3.59 lirədən 3.56 lirəyə kimi ucuzlaşan avro da  bahalaşaraq 3.6702 lirəyə yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274