DÜNYA

Dollar/Türk lirəsində yeni rekord
24 NOYABR
2259

Dollar/Türk lirəsində yeni rekord

2016-11-24 19:53:00

Səhər saatlarında 3.42 ilə yeni tarixi rekord səviyyəyə çıxan, sonra Mərkəzi Bankın faiz qərarı ilə (faiz artırılıb) sərt düşən Türk lirəsi, Avropa Parlamentinin qərarının təsiri ilə dollar qarşısında 3.44 lirəni aşıb. Dollar/TL məzənnəsi 3.4432-yə çataraq yeni rekord qırıb.

Avropa Parlamentinin Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələrinin müvəqqəti dondurulmasına dair qərarı, məzənnənin qalxmasına səbəb olub.

Türkiyə Mərkəzi Bankının Noyabr ayı Pul Siyasəti iclasında, uçot dərəcəsini 50 faiz bəndi, üst dəhlizi 25 faiz bəndi yüksəldib. Qərarın ardından məzənnə 3.36 səviyyələrinə qədər gerilədi. Mərkəz Bank, bir həftəlik faiz hərracı faiz nisbətini 7,50%-dən 8%-ə, gecəlik marjinal maliyyələşmə nisbətini (faiz dəhlizinin üst buraxılışı) 8,25%-dən 8,50% yüksəldərkən, gecəlik borc faiz nisbətini (faiz dəhlizinin aşağı buraxılışı) 7,25%-də sabit saxlanıb.

Mərkəzi Bank, xarici valyuta məcburi ehtiyat nisbətlərini də 50 faiz bəndi salıb. Sözügedən dəyişiklik ilə maliyyə sisteminə təxminən 1,5 milyard dollar əlavə likvidlik yaranacaq.

marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275