DÜNYA

Türkiyədə də dollar qalxır, mağazalara məhsul verilmir
20 NOYABR
1606

Türkiyədə də dollar qalxır, mağazalara məhsul verilmir

2016-11-20 18:49:00

Qlobal miqyasda bahalaşan dolların Türkiyədə də rekord qırması yeni il öncəsi daha çox qazanmaq istəyən topdansatıcıları hərəkətə keçirib. Bu həftənin cümə günü Dollar/Türk lirəsi məzənnəsi 3.40 səviyyəsini görüb. Qısa müddət əvvəl 1 Dollar 3 lirə ətrafında idi.

Məhsulları məzənnə artımından əvvəl alan və dolların bahalaşması prosesində “stok” yaradan topdansatış şirkətləri, yeni ilə qədər qədər bazara mal vermirlər. “Marja” xəbər verir ki, bu gün “Sabah” qəzetində yer alan xəbərə görə, məhsullar ehtiyatda (anbarda) saxlanılır və yeni ildə daha baha qiymətlərə satılacaqdır.

Dolların bahalaşmasını fürsətə çevirmək istəyən tacirlər, əlindəki məhsulu valyuta kimi görməyə başlayıblar. Məsələ ilə bağlı məlumat verən mağaza sahibləri, “Valyuta artdıqca rəfdəki məhsulun qiyməti də yüksəlir. Topdansatıcılar, dollar və avro daha da bahalaşacaq deyə bütün məhsulları bazardan geri yığdılar. Trakya ərazisindəki anbarlarda yer qalmamış vəziyyətdədir. 30-dan artıq sektor valyutadakı yüksəlişi 2017-ci ilin əvvəlində satış rəqəmlərində əks etdirməyi planlaşdırır” açıqlaması ediblər.

TEXNOLOJİ MƏHSULLAR TAPILMIR

Topdansatış şirkətləri ağıllı telefon, planşet, televizor, kompüter kimi məhsul qruplarında ehtiyat yaradırlar. Bu səbəbdən bir çox məhsul bazarda tapılmır. Şirkətlərin, xüsusilə alış-verişlərin yeni il münasibətilə 30-50 faiz arasında artdığı dekabr ayında sözügedən məhsulları 10-30 faiz bahalaşdırıq satışa verməyi planlaşdırdığı bildirilir.

Sektorun nəbzinin atdığı, Doğubank, Perpa və Mecidiyeköy kimi nöqtələrdə ən sadə elektron məhsullar da yoxdur. Xaricdən idxal edilən ofis avadanlıqları bazarda tapılmır. Doğubankta satılan telefon aksessuarları da rəflər yerinə anbarlarda saxlanılır.

HAZIR GEYİM İSTEHSALÇILARI DA AYIQ-SAYIQDIRLAR

Xammal idxalı səbəbilə xərcləri artan hazır geyim istehsalçıları da yeni ili gözləyirlər. Ən yüksək satışlarını yeni il dövründə edən sektor, qiymətləri artıracaqdır. Bir hazır geyim mağazasını idarə edən Sadık Görmez, “Mərkəzdən verilən tapşırıq əsasında bəzi məhsulların etiket qiymətləri 20 faiz artırılacaq” deyib.

XƏSTƏLƏR DƏRMAN TAPMIR

Avronun məzənnəsi ilə qiymət qoyulan dərman pereparatları da satışa verilmir. Dərmanda 1 avro 2,08 lirə olaraq qəbul edilir. Ancaq avronun 3,60 lirəyə çıxması səbəbindən idxalçı bir çox şirkətlərin anbarlarda məhsulları saxlandığı bildirilir. Dərman satışı aparıb zərər etmək istəməyən şirkətlər və depolar xəstələri də pis vəziyyətdə qoyurlar.

AVTOMOBİL SEKTORU DƏRHAL QİYMƏTLƏRİ ARTIRIB

Avtomobil və şin sektoru, məzənnə artımını qiymətlərə dərhal əks etdirib. B segment bir “hatchback” avtomobilin sentyabrın əvvəlində 46 min lirə olan qiyməti 48 min lirəyə çıxıb. Şin qiymətləri də artırılıb və artım 25%-ə çatıb.

“KEÇMİŞDƏ BAQQALLAR EDƏRDİ”

Dükançıların əlindəki idxal məhsullarını sanki bir valyuta kimi görməyə başladığını qeyd edən mənbələr, “Valyuta yüksəldiyi üçün bir çox adam rəfdəki məhsulu dəzgah altına endirib. Keçmişdə siqaretin qiyməti artırılmamışdan əvvəl bunlar baş verərdi. Baqqallar siqaretin qiymət artımından əvvəl məhsulları saxlayıb, vətəndaşa satış etməzdi. İndi də Frakiya və Kocaeli bölgəsindəki bir çox anbara mallar yığılıb. Kimsə gətirdiyi məhsulu bazara çıxartmır. Yeni ili gözləyib məhsulları daha baha qiymətlərə bazara çıxarmaq istəyirlər” .

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271