DÜNYA

Dollar maliyyə bazarında hücuma keçdi
18 NOYABR
1733

Dollar maliyyə bazarında hücuma keçdi

2016-11-18 10:23:00

Dünən Konqresdə ABŞ-nın iqtisadi göstəriciləri ilə bağlı məlumatların nəticələri açıqlanıb və Federal Rezerv Sisteminin (FED) rəhbəri Janet Yellenin çıxışı baş tutub. Fins.az-ın verdiyi məıumata görə, bundan dərhal sonra dollar bütün bazar üzrə hücüma keçib. “Noyabr toplantısından bəri iqtisadi göstəricilər istədiklərimizlə paralel gəlir... Hazırda iqtisadiyyat tam məşğulluğa yaxındır”.

Onun bəyanatı FED-in dekabr ayında uçot dərəcəsini artıracağına dair gözləntiləri də artırıb: "Faiz artırmaq ehtimalı güclənir və uçotun mərhələli şəkildə artırılması uyğun görülür". Beləliklə, Yellenin çıxışından sonra qlobal bazarlarda dolların bahalaşması davam edib. Avro/dollar məzənnəsi 1.0654 səviyəsinə düşüb (dollar 0,6% bahalaşıb). 

Hazırda treyderlərlər arasında istiqrazları satmağa və dolları almağa maraq artıb. Beləliklə, neft 0,69% ucuzlaşaraq 46.02 dollara bərabər olub. Asiyada da investorlar istiqrazlardan canını qurtarmağa davam edirlər. 10-illik ABŞ istiqrazları üzrə gəlirlilik isə 2,18% artaraq 2,328%-ə qalxıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275