DÜNYA

Avropada iş yoldaşlarının maaşları gizli qalmayacaq
17 NOYABR
265

Avropada iş yoldaşlarının maaşları gizli qalmayacaq

2016-11-17 09:13:00
Avropa Şurasında şirkətlərin əksəriyyətində işçilərin maaşlarının həcmi haqda informasiyanın yayılması qadağası ləvğ olundu. Fins.az-ın verdiyi məlumata görə, yeni qaydalar hər-hansı diskriminasiyaların səviyyəsini aşağı salacaq və əmək məcəlləsinin pozulmasının qarşısını alacaq.
Əmək haqqının məbləğini sirr saxlamamağı Brüssel məsləhət görüb. Artıq Avropa Şurasına daxil olan bir sıra ölkələrdə yeni qaydalar tətbiq olunur.
Çexiyada bu yenilik hələ Əmək və Sosial İşlər üzrə Nazirliyin nəzarətindədir. Hələlik yerli şirkətlər yalnız xüsusi vəzifələrdə çalışan  işçilərin orta əmək haqları haqda raport verməlidilər. Eyni zamanda, Avropanın ən böyük problemlərindən biri kişilər və qadınlar arasında maaş fərqləri qalır.
Avropa Şurasında qadınlar kişilərdən 16% daha az əmək haqqı alır. Bu qadınların daha aşağı ödənişli vəzifələrdə işləmələri ilə bağlıdır. Lakın analoji vəzifələrdə belə qadınlar daha az qazanırlar. Maaş haqda açıq informasiya belə bir bərabərsizliyin qarşısını alamağa kömək edəcəyi düşünülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275