DÜNYA

Nazarbayev pulun üstünə öz şəklini qoydu - YENİ PULLAR
15 NOYABR
264

Nazarbayev pulun üstünə öz şəklini qoydu - YENİ PULLAR

2016-11-15 12:48:00

Qazaxıstan Respublıkasının müstəqilliyinin 25 illiyi münasibətilə Qazaxıstan Milli Bankı çap etdiyi yeni 10000 təngəlik əsginasın təqdimatını keçirib. Əsginasın üzərində ölkə başçısı - Prezident Nursultan Nazarbayevin portreti əks edilib. Əsginas cari il dekabrın 1-də ölkədə hər il qeyd edilən “Qazaxıstan Respublikasının birinci Prezidentinin günü” münasibətilə dövriyyəyə buraxılacaq.

Əsginasın məhz Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə buraxılmasında məqsəd dövlətin qurulmasında, ölkənin inkişafında və gücləndiriliməsində Nursultan Nazarbayevin əvəzsiz xidmətlərinin əhəmiyyətini əks etdirmək olub.

Təqdimat mərasimində bildirilib ki, 1993-cü ildə ilk milli əsginasın yaradılmasında ölkə başçısının xüsusi xidmətləri olub.

Bundan əlavə Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibətilə “Мәңгілік Ел” adlı xatirə sikkəsi də buraxılır. Bu xatirə sikkəsi müstəqillik illərində ölkənin qazandığı uğurları əks etdirir.

Mənbə: Azetag

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275