DÜNYA

Rusiyanın iqtisadi inkişaf naziri - HƏBS OLUNDU
15 NOYABR
796

Rusiyanın iqtisadi inkişaf naziri - HƏBS OLUNDU

2016-11-15 07:25:00

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusilə məxfi əməliyyat nəticəsində 2 milyon dollar həcmində rüşvət alarkən həbs olunub.

Fins.az Rusiya Federasiyası İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dünən axşam istintaq əməliyyatı çərçivəsində “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyi zaman həbs tədbiri həyata keçirilib.

İdarədən bildirildiyinə görə, əməliyyat çərçivəsində baş vermiş bu hadisə xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırıldığından, “Rosneft”ə qarşı heç bir iddia irəli sürülməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov baş verənləri “RİA Novosti” üçün şərh edərkən, bunun çox ağır ittiham olduğunu, hər şeyin məhkəmədə həll ediləcəyini bildirib. Peskovun sözlərinə görə, baş verənlərdən prezident Putinin xəbərdar olub-olmadığını bilmir.

Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, nazir Aleksey Ulyukayev son bir il ərzində Xidmətin nəzarətində imiş və keçiriləcək əməliyyat barədə çox az adamın məlumatı varmış.

Life.ru əlavə edir ki, rüşvəti aldıqdan dərhal sonra ətrafında ciddi görkəmli və hərbi formalı adamları görən nazir çaşqınlıqla yüksək rütbəli məmurlara dəfələrlə telefonla zəng edib və “Burada nə baş verir?” deyə soruşub. İlk saniyələrdə ona elə gəlib ki, bu sadəcə olaraq kiminsə təşkil etdiyi bir oyundur.

İstintaq İdarəsi yaxın saatlarda nazirə qarşı ittihamın irəli sürüləcəyini bildirib.

Mənbə: virtualaz.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270