DÜNYA

Türkiyədə dollar sürətlə bahalaşır - MƏZƏNNƏ
14 NOYABR
1457

Türkiyədə dollar sürətlə bahalaşır - MƏZƏNNƏ

2016-11-14 12:32:00

Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır. 

Analitik qrup bildirir ki, dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: "Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında böyük həcmdə olan kəsirlə bağlıdır". 

Analitiklər qlobal iqtisadiyyatın zəifləməsi və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyası, həmçinin ABŞ-da uçot dərəcəsinin artması ilə dünya kapitalının bu ölkəyə axması fonunda türk lirəsi aktivlərindən sürətlə çıxış yaşanacağını, nəticədə, lirənin ucuzlaşacağını proqnozlaşdırır: "Daha əvvəl Türkiyədə dolların məzənnəsinin ilin sonuna qədər 3,30 TRY/USD-yə çatacağını ehtimal edirdiksə, hazırda bu proqnozu 3,40 TRY/USD-yə kimi artıra bilərik. 2017-ci ilin ilk yarısında isə məzənnənin 3,80 TRY/USD səviyyəsinə qədər artması mümkündür". 

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272