DÜNYA

Çində növbəti devalvasiya baş verdi
14 NOYABR
548

Çində növbəti devalvasiya baş verdi

2016-11-14 09:18:00

Çin yuanı dollara qarşı məzənnəsini 0,26% zəifləyib. 

Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Çinin Xalq Bankı 1 dollar 6,8295 yuan səviyyəsində müəyyən edib. Bu isə cümə günü qeydə alınan göstəricidən 180 bənd artıqdır. Həmin gün 1 dollar 6,8115 yuan olub. Beləliklə, yuanın məzənnəsi 2010-cu ilin iyun ayından (1 dollar = 6,82 yuan) etibarən minimum səviyyəyə çatıb. 

2008-ci ilin payızından etibarən 1 dollar 6,8 yuan səviyyəsində olub, lakin 2009-cu ilin sentyabrından yenidən möhkəmlənməyə başlayıb. Maksimum isə 2014-cü ilin yanvarında qeydə alınıb - 1 dollar 6 yuana mübadilə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270