DÜNYA

Rusiyanın neft nəhənginin mənfəəti 57% azalıb
11 NOYABR
149

Rusiyanın neft nəhənginin mənfəəti 57% azalıb

2016-11-11 18:49:00

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in bu ilin doqquz ayındakı xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 57,3 faiz azalaraq 129 milyard rubla (təxminən 2 milyard dollar) düşüb.

Fins.az xəbər veri ki, bu barədə şirkətin məlumatında deyilir.

Şirkətin ümumi satış üzrə gəlirləri 11,4 faiz azalaraq 3,5 trilyon rubla geriləyib.

“Rosneft”in idarə heyətinin sədri İqor Seçin deyib: “Son illərdə neft bazarlarında yaşanan dalğalanmalara baxmayaraq, müvəffəqiyyətli xərc nəzarəti sayəsində şirkətin maliyyə quruluşu sağlam qalıb”.

Qeyd edək ki, “Rosneft” keçən ay Rusiyanın neft istehsalçısı şirkətlərindən olan “Bashneft”in 50 faizlik səhmlərinin 329 milyard rubla alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270