DÜNYA

Subaylar Günündə 20 milyard dollarlıq alış-veriş
11 NOYABR
218

Subaylar Günündə 20 milyard dollarlıq alış-veriş

2016-11-11 10:00:00

Çində “Subaylar Günündə” 20 milyard dollarlıq alı-veriş ediləcəyi güman edilir.

Çinin virtual alış-veriş saytı “Alibaba.com”un nəzdindəki “Taobao”, “T-mall” və bunlara əlavə olaraq “JD.com” kimi ölkənin böyük onlayn alış-veriş saytları Subaylar Gününə xüsusi aksiyalar təqdim edirlər. Ümumilikdə 20 milyard dollarlıq alış-verişlə yeni bir rekorda çatılacağı gözlənilir.

Bu gün başlamış 24 saatlıq zaman kəsiyində alış-veriş çılğınları, məişət texnikası, mebel, geyim və elektronika kimi bir çox məhsulda virtual saytlardakı xüsusi endirimlərdən istifadə edərək alış-veriş edəcəklər.

Bu il 40%-lik bir artımla 20 milyard dollarlıq alış-verişin gözləndiyi Subaylar Günündə, ötən il bütövlükdə 14,3 milyard dollarlıq və ilk saatda isə 3,9 milyard dollarlıq alış-veriş ilə rekordlara imza atılmışdı.

ABŞ-da ən çox ticarətin aparıldığı Şükran (Minnətdarlıq) Günündən (Thanksgiving Day) sonrakı ilk bazar ertəsi alış-verişi ilə rəqabət halında olan Çindəki Subaylar Günü alış-verişi, ötən il, saat və gün əsaslı əməliyyat həcmilə ABŞ-ı geridə qoymuşdu. Subaylar Günü alış-verişi gündəlik alış-veriş ilə dünyanın ən böyük virtual alış-veriş günüdür.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270