DÜNYA

Dekabrda uçot dərəcəsini artırması ehtimalı sıfıra endi
10 NOYABR
1935

Dekabrda uçot dərəcəsini artırması ehtimalı sıfıra endi

2016-11-10 07:54:00
Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir. Fins.az-ın verdiyi xəbərə görə, bunu "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib. 
 
Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi. 
 
S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: "Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər". 
 
Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: "İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272