DÜNYA

Pulsuz paketlər dövrü bitdi
08 NOYABR
679

Pulsuz paketlər dövrü bitdi

2016-11-08 20:10:00

İsveçrədə "Migros" mağazalar şəbəkəsində plastik paketlər ödənişli olub. Fins.az-ın xarivi KİV-lərə istinadən verdiyi xəbərə görə, bir həftə bundan öncə eynil' bel' bir qərarını "Coop" ticarət şəbəkəsi də açıqlayıb. Paketlərin qiyməti çox deyil - 5 rappen (0,05 isveçrə frankı) qalxıb. Buna baxmayaraq, ekoloqlar hesab edirlər ki, bu addım paketlərin 80%-nin dövriyyədən çıxmasına səbəb olacaq.

"Coop"un açıqlamasına görə, bir il ərzində müştəri tərəfinfən 170 milyon paket alınırdı. Hər ikinci alıcı onları tələb edirdi. Ekspertlərin dediyinə görə, ölkənin əhalisi ildə 1,1 milyard plastik paket istifadə edir: orta hesabla adambaşına 130 ədəd paket düşür. Bu da ildə 3 min ton zibil deməkdir.
İlk günlərin nəticəsi bunu göstərir ki, hətta cuzi ödəniş tətbiq etmək belə bu həcmi bir neçə dəfə azalda bilər. Bunu başqa ölkələrin təcrübəsi də təsdiqləyir. Eyni siyasəti 2002-ci ildən tətbiq edən İrlandiyada paketlərin dövriyyəsi 90% azalıb. İngiltərədə isə bu qərar bir il bundan öncə qüvvəyə minib və ötən müddətdə paketlərin istifadəsi 85% düşüb.

Ekpertlər qeyd edir ki, öncədən pulsuz olan bu məhsullara ödəniş tələb olunması alıcılar tərəfindən onun qiymətini artırmaqdan daha pis qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272