DÜNYA

Neft gəlirlərinin azalması iri layihələri təxirə saldı
08 NOYABR
482

Neft gəlirlərinin azalması iri layihələri təxirə saldı

2016-11-08 10:00:00

Aşağı neft qiymətləri səbəbi ilə mövcud iqtisadi vəziyyəti dəyərləndirən Səudiyyə Ərəbistanı hökuməti 266 mlrd. 600 mln. dollar dəyərində bir çox layihə üçün aparılan danışıqları dayandırıb.

İqtisadi işlər və inkişaf şurasının rəhbəri vəliəhd Muhamməd bin Salmanın keçirdiyi iclasda bununla bağlı qərar verildiyini bildirib. Bununla belə icrası dayandırılan layihələr barədə detallı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ər-Riyad hökuməti 26 sentyabrda mövcud iqtisadi vəziyyətlə bağlı nazirlərin, dövlət məmurlarının, şura üzvlərinin maaş və əlavə ödəmələrində ixtisarlar edib. 

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272