DÜNYA

“Samsung”da yeni problem - 2.8 milyon cihaz geri alınır
05 NOYABR
911

“Samsung”da yeni problem - 2.8 milyon cihaz geri alınır

2016-11-05 07:34:00

“Galaxy Note 7”də yaranan problem səbəbindən böhran keçirən “Samsung” şirkəti yenidən problemlə üzləşib. 

Fins.az xəbər verir ki, Cənubi Koreya şirkəti bu dəfə ABŞ-da 34 fərqli model üzrə 2.8 milyon paltaryuyan maşınını geri çağırdığını bildirib.

Bu qərarın verilməsinin səbəbi «Samsung» paltaryuyan maşınlarında aşkar edilən xətadır. ABŞ-ın istehlak məhsullarının təhlükəsizliyi komissiyası xəbər verib ki, paltaryuyan maşınlar işlədiyi vaxt onların qapağı açıla bilər. Bu da ətrafdakı insanların xəsarət alması təhlükəsi yaradır. Nəticədə şirkət təqribən 3 milyon paltaryuyan maşını geri çağırmağı qərara alıb.

Şirkətin yeni qərarına görə, problemli (yəni geri çağrılan) paltaryuyan maşınların sahibləri onları pulsuz təmir etdirib əlavə 1 il də zəmanət ala, eləcə də yeni paltaryuyan maşını böyük endirimlə ala bilərlər.

Qeyd edək ki, bu, «Sumsung» paltaryuyanlarında aşkar edilən ilk problem deyil. 2015-ci ilin aprelində «Samsung» Avstraliya və Yeni Zalındiyada 6 növ paltaryuyanı geri çağırmışdı. Buna səbəb maşının içərisindəki elektrik mühərrikinin enerji qidalandırma sistemindəki problem idi. Bunun nəticəsində maşınlar alışa bilərdi. Həmin vaxt 200 min ədəd paltaryuyan geri çağrılmışdı.

Qeyd edək ki, bir müddət əvvəl “Samsung” şirkəti “Galaxy Note 7” telefonlarında yaranan problem səbəbindən 2,5 milyon cihazı geri almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272