DÜNYA

Biznesmen işçilərinə 1260 avtomobil və 400 mənzil bağışlayıb
01 NOYABR
720

Biznesmen işçilərinə 1260 avtomobil və 400 mənzil bağışlayıb

2016-11-01 10:36:00

Hindistanın almaz kralı Savcibhay Dholakia ən yaxşı işçilərinə 1260 avtomobil hədiyyə edib. Fins.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bundan əlavə Divali hind bayramının şərəfinə Dholakia işçilərinə 400 mənzil və külli miqdarda zinət əşyaları bağışlayıb.

Ümumiyyətlə, qiymətli hədiyyələr 5 500 işçiyə təqdim olunacaq və bunun üçün “Hare Krishna Exports” şirkəti 7 milyon dollar xərcləyəcək.

Qeyd edək ki, adətə görə, xeyirin şərə qalıb gəlməyini simvolizə edən Divalı bayramında işçilərə nəsə hədiyyə edilir. Lakin şirkət rəhbərliyi daha çox şirniyyatla qane olurdu.

2012-ci ildən isə, “Hare Krishna Exports” avtomobil hədiyyə edir. İlk ildə 3 maşın təqdim olunurdusa, 2014-cü ildə onların sayı 491 avtomobil və 207 mənzilə bərabər oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275