DÜNYA

Klinton ABŞ iqtisadiyyatını necə dəyişmək niyyətindədir?
31 OKTYABR
386

Klinton ABŞ iqtisadiyyatını necə dəyişmək niyyətindədir?

2016-10-31 16:36:00

Demokratlar Partiyası namizədinin ABŞ-ın iqtisadi artımını sürətləmdirmək üçün həyata keçirəcəyi 10 tədbir.

Seçkiqabağı marafon artıq 1 ildən çoxdur ki, davam edir və 2016-cı il ABŞ prezident seçkilərinə çox az vaxt qalıb.

Noyabrın 8-də ABŞ vətəndaşları seçki məntəqələrinə üz tutaraq, “Oval kabinetin” növbəti sahibinin kim olacağına qərar verəcəklər. Bu ya Demokratlar partiyasından namizəd Hillari Klinton, ya da Respublikaçılar partiyasından namizəd Donald Tramp olacaq. Səsvermənin nəticəsindən asılı olmayaraq, biz tarixi bir hadisənin şahidi olacağıq: ABŞ tarixində ölkə prezidenti ilk dəfə qadın və ya orduda xidmət etməmiş və indiyənə qədər heç bir dövlət vəzifəsində çalışmamış şəxs olacaq. 

Lakin növbəti ilin yanvarında “Oval kabinetə” girəcək şəxsin kim olacağından asılı olmayaraq, onun qarşısında bir çox ciddi məsələlər duracaq. Son 2 kvartal ABŞ-ın iqtisadi artım tempi gözləniləndən aşağı oldu və ABŞ xalqı gözləyir ki, 45-ci prezident iqtisadiyyatın artımına təkan verəcək yeni proqram təklif edəcək.

Hillari Klinton hesab edir ki, onun belə bir proqramı artıq var. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, seçildiyi halda Hillari Klinton ABŞ-ın iqtisadi artımını sürətləmdirmək üçün aşağıdakı 10 tədbiri həyata keçirəcəyini planlaşdırır.

1. Kiçik biznes üzərində vergilərin azaldılması və vergi üsulunun sadələşdirilməsi

Bu seçki kampaniyası çərçivəsində Hillari Klinton özünü orta təbəqənin maraqlarını qoruyam bir şəxs kimi qələmə verib və ABŞ-ın iqtisadiyyatının canlandırılması üçün onun nəzərdə tutduğu əsas tədbirlərdən biri kiçik sahibkarlığın maraqlarının qorunmasıdır. Klinton kiçik sahibkarlıq üçün vergi ödəmələrini standartlaşdırmağa və bu kimi sahibkarlıq müəssisələrinin lisenziya və sertifikatlaşdırma prosedurunu sadələşdirməyə çalışacaq.

2. XXI əsr “şəbəkəmərkəzli silah sitemlərinə” investisiyalar

Klinton qeyd edib ki, “şəbəkəmərkəzli silah sitemlərinə” investisiyaları aktivləşdirəcək. Onun sözlərinə görə texnologiyalar inkişaf etdikcə ölkə üçün təhlükə adi silahlardan əlavə yeni silah formalarına da keçir. Klintonun kibertəhlükəsizliyin inkişaf etdirilməsi planları ABŞ-ın müdafiə və yüksək texnologiyalar sənayeləri üçün əhəmiyyətli artım imkaları deməkdir.

3. Nəqliyyat və energetika infrastrukturlarına əsaslı yatırımlar

Klintonun seçki veb-saytında deyilir ki, namizəd prezident seçildiyi təqdirdə yolların və körpülərin təmiri ilə məşğul olmağı, eyni zamanda hava limanlarının müasirləşdirilməsinə maliyyənin cəlb olunmasını planlaşdırır. Bu isə öz növbəsindən sərnişinlərin vaxtına və avişirkətlərin puluna qənaət deməkdir. Digər tərəfdən namizədin planlarına ölkəsinin energetika infrastrukturunun bəzi elementlərinin (bəndlər və digər hidrotexniki konstruksiyalar, çirkab suaların axıdılması sistemləri) yaxşılaşdırılması da daxildir.

4. “Amerikada edin” layihəsinə investisiyalar

Klinton, ABŞ istehsalçısının dəstəklənməsini qarşısında duran prioritet məsələlərdən biri kimi görür. Namizəd seçki veb-saytında dərc edilmiş proqramında “Amerikada edin” (kiçik sahibkarlar, korporasiyalar universitetlər və hökumət üçün iş yerlərini və gəlirli istehsal sahələrini ABŞ-da saxlamaqla bağlı tədbirlər kompleksi) layihəsinə 10 milyard dollar investisiya yatıracağına söz verib. Bundan əlavə Klinton bu dəqiqə qeyri-sərfəli istehsal rayonları üçün investisiyaları stimullaşdıracaq vergi imtiyazları tətbiq etməyi təklif edir. O, hələ də ratifikasiya olunmamış Trans-Sakit okean tərəfdaşlığı haqqında sazişinə qarşı çıxır.

5. Təhsil xərclərinin artırılması

Klinton təhsilə daha çox pul xərcləməyi nəzərdə tutub. Xüsusilə o, 4 yaşlı uşaqlar üçün ümumi məktəbəqədər təhsil sistemi yaratmağı, Early Head Start və Early Head Start-Child Care Partnership məktəbəqədər təhsil proqramlarının xərclərini 2 qat artırmağı və məktəbəqədər təhsil müəssisələrinin (RAISE adlanan proqram) əməkdaş və tərbiyəçilərinin maaşlarını atırmağını planlaşdırıb.

6. Mənzil siyasətinin islahatları

Kliton söz verir ki, prezident seçildiyi təqdirdə stabil gəliri olan və ev əldə etmək istəyən hər bir ailə ilkin ödənişi həcmində (10 min dollardan artıq olmamaq şərti ilı) subsiyada əldə edəcək. Həm də namizəd bu sahədə yeni konsultativ bir xidmətin yaradılmasını təklif edir. Xidmət yeni əmlak sahiblərinə ev alınması ilə bağlı bütün maliyyə öhdəliklərini başa salacaq. Baxmayaraq ki, ABŞ-da yaşamaq üçün evin satınalınması heç də gəlirli investisiya sayılmır, ayrıca ev kimi daşınmaz əmlaka sahib olmaq ümumilikdə pis deyil, çünki bazarda ev qiymətləri adətən inflyasiya ilə eyni nisbətdə artır.

7. Kənd icmalarına yatırımlar

Hillari Klintonun iqtisadiyyat proqramı kənd Amerikasından da yan keçmir. Proqram çərçivəsində ölkənin bütün guşələrinə genişzolaqlı internet çəkmək, hər bir amerikalı həyətyanı təsərrüfatının Wi-Fi-ya çıxışını təmin etmək nəzərdə tutulub. Həm də “Yeni bazarlara vergi güzəştləri” proqramını genişləndirmək planlaşdırılır.

8. Səhiyyə islahatlarının inkişafı və pasientlərin mühafizəsi

Bu bənd prezident kürsüsünə namizədlər arasında ən diqqət çəkən məqamdır. Klinton əsası Barak Obama tərəfindən qoyulmuş səhiyyə islahatı və pasientlərin mühafizəsini davam etdirmək, Donald Tramp isə bunu ləğv etmək istəyir. Klinton bu islahatı qəbul etməmiş 19 ştatı da proqrama cəlb etmək və kənd sakinləri üçün subsidiyaları imkan daxilində artırmaq fikrindədir.

9. Müəyyən vətəndaşların kateqoriyaları üçün pensiyaların artırılması

Klinton tərəfindən təklif olunan sosial təminat proqramı varlı vətəndaşların yüksək gəlir vergisi tətbiqindən sonra daha çox vergi ödəyəcəyini nəzərdə tutub. Nəticədə aztəminatlı və zərər çəkmiş vətəndaşlar üçün sosial ödənişlərin həcmi artacaq. 

10. Maliyyə sisteminin islahatları

Maliyyə sisteminin islahatları Hillari Klintonun proqramının sonuncu bəndində əks olunub. Bələ ki, Kliton ölkəsinin əsas maliyyə institutlarına riskli əməliyyatlarla məşğul olmağı qadağan etmək istəyir. O, “Volker qanunundakı” boşluğu aradan qaldırmaqla banklara vergi ödəyicilərinin milyardlarla pulunu hec-fondlara yatırmağı qadağan edəcək. Eyni zamanda fond bazarının destabilizasiya ilə nəticələnə biləcək yüksək tezlikli ticarətə (treydinq) vergi tətbiq olunmasını təklif edir. Klinton hesab edir ki, bu tədbirlər fond bazarındakı situasiyanı sabitləşdirəcək və nəticədə bazar yeni böhranlara hazırlaşmağa vaxt qazanacaq.

Bütün bunlar həyata keçəcək, işə yarayacaqmı?

Bir tərəfdən infrastruktur və istehsal sahələrinə yatırımlar iqtisadiyyatın artım templərini sürətləndirir və yeni iş yerlərin açılmasına gətirib, çıxarır. Həmçinin kiçik sahibkarlığın dəstəklənməsi, tələbələrə və məktəbəqəqədər müəssisələrinin tərbiyəçilərinə kömək iqtisadi artımla nəticələnəcək. Biz hal-hazırda bunu müşaiyət edə bilərik.

Digər tərəfdən isə yuxarıda qeyd edilmiş bütün bu məqsədlərə pulun haradan götürüləcəyi aydın deyil. Klinton varlı vətəndaşlarından tutulan vergi ödəmələrini artırmağı planlaşdırır, ancaq çətin ki, tək bu vasitə onun proqramında qeyd olunmuş bütün istehsal, infrastruktur yenilənməsi, təhsil və kənd icmaları layihələrin maliyyələşməsinə kifayət etsin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272