DÜNYA

Uber sürücülərə maaş da verməli olacaq
31 OKTYABR
510

Uber sürücülərə maaş da verməli olacaq

2016-10-31 11:01:00
Böyük Britaniyada iki sürücü Uber şirkətinə qarşı olan məhkəmədə qalib gəlib. Fins.az-ın Bloomberg-a istinadən veridyi məlumata görə, sürücülər Əmək Məcəlləsi üzrə öz haqlarını tələb edirdilər.
Nəticədə məhkəmə taksi sifarişi servisində işləyən onalarla sürücüyə məzunniyət və minimal əmək haqqı verməsi barədə Uberə qarşı qətnamə çıxarıb. Bu tələb Uber-ə işləyən hər bir sürücüyə şamil olunacaq. Qeyd edək ki, onların sayı 40 minə çatır. 
Servis isə bu qərardan narazılığını bildirir. Onların dediklərinə görə, sürücülər şirkətdən asıllı olmayan özünüməşğul edən işçilərdir və buna görə ofisdə çalışanların hüquqları ilə onların hüquqları eyni deyil. 
"Londonda on minlərlə sürücülər bizimilə əməkdaşlıq etmək istəyir, çünki onlar özləri özlərinə başçı olmaq istəyirlər".
Bloomberg qeyd edir ki, məhkəmənin qərarı eyni biznes-model istifadə edən servislərin işinə də təsir edəcək. Xatırladaq ki, Uber buna oxşar şikayətlərlə artıq bir neçə dəfə qarşılaşıb. Bundan öncə Kaliforniyadan və Massaçusetsdən olan sürücülər şirkətə qarşı 730 milyonluq iddia ilə çıxış ediblər. Onlar da həmçinin şirkətdən sürücüləri heyət üzvləri kimi tanımağı tələb edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272