DÜNYA

Plastik 5 funtluq banknot dövriyyəyə buraxılıb
30 OKTYABR
679

Plastik 5 funtluq banknot dövriyyəyə buraxılıb

2016-10-30 10:30:00

Şotlandiyanın “Royal Bank of Scotland” bankı 5 funt-sterlinq nominalında olan ilk polimer əsginas dövriyyəyə buraxıb.

Fins.az “banks.eu” saytına istinadla xəbər verir ki, kağız puldan daha möhkəm və etibarlı olan plastik banknotun dizaynı dünyada ən iri qiymətli kağız istehsalçılarından olan Britaniyanın “De La Rue” şirkəti tərəfindən hazırlanıb. Plastik pulların xidmət müddəti təxminən 5 ildir.

Banknotun üzərində şotlandiyalı şairə Nen Şeperdin şəkli təsvir olunub. Bank, həmçinin üzərində Şotlandiyanın astronomik araşdırmaçısı Meri Ferfaks Somervilin rəsmi olan 10 funt-sterlinq nominallı əsginas dövriyyəyə buraxmağı planlaşdırır.

Plastik əsginası Şotlandiyanın yeddi şəhərinin 9 bankının filiallarından almaq mümkündür. Bank yeni əsginasın yaxın bir neçə həftə ərzində geniş yayılmasını, eləcə də 2017-ci ilin mayına qədər köhnə əsginasların 90 faizinin yenisi ilə əvəz edilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272