DÜNYA

Kriptovalyutalı yeni ödəniş sistemi işə düşür
28 OKTYABR
356

Kriptovalyutalı yeni ödəniş sistemi işə düşür

2016-10-28 10:58:00

Rusiyanın bir sıra regional banklarının yaradıcısı Vladimir Frolov kriptovalyuta texnologiyalarına əsaslanan yeni ödəniş sistemini işə salacaq.

Fins.az xəbər verir ki, “Copernicus Gold” layihəsi 2017-ci ilin əvvəllərində Sinqapurda start götürəcək.

Yaxın vaxtlarda 15 seçilmiş iştirakçının qoşulduğu sistemin testinə başlanılacaq. Vladislav Frolov hesab edir ki, “Copernicus Gold” “SWIFT” beynəlxalq ödəniş sisteminin alternativi olmalıdır.

"Bizim layihə depozit cəlb etmir, spekulyativ bazarlarında işlə və ya kreditləşmə ilə məşğul olmur. Bütün müştərilərin pulları bankların hesablarında yerləşdirilir və risklər bizə xidmət edən bankın risklərinə bərabərdir”, - deyə Vladislav Frolov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272