DÜNYA

Rusiyada daha 3 bank bağlandı
27 OKTYABR
380

Rusiyada daha 3 bank bağlandı

2016-10-27 12:20:00

"Bank Rosii" daha üç bankın - "Vestinterbank" və "Entuziastbank" və "Kuban Universal Bank"ın lisenziyalarını ləvğ edib.

Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Entuziastbank" terrorizmin maliyyələşməsi, cinayətkarlıq yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı qanunun tələblərinə əməl etməyib.

Bundan başqa "Vestinterbank"la bağlı qərar Bankın qanunvericiliyin tələblərinə riayət etməməsi, həmçinin kreditor və əmanətçilərin maraqları üçün real təhlükənin olması ilə əlaqədardır.

"Kuban Universal Bank"ının lisenziyasının ləğvinə səbəb də aşağı keyfiyyətli aktivlərə vəsait yerləşdirmək və bununla mümkün zərər üçün risk ehtiyatı yaratmamasıdır.

Qeyd edək ki,  Elvira Nabullinanın Mərkəzi Bankın rəhbərliyinə gəlişindən sonra 280-dən çox bankın lisenziyası geri çağırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275