DÜNYA

Rusiya əhalisinin yarısı əkin-biçinə keçib
26 OKTYABR
406

Rusiya əhalisinin yarısı əkin-biçinə keçib

2016-10-26 17:56:00

Rusiyada həyətyanı təsərrüfatında əkinçiliklə məşğul olaraq Ərzaq yetişdirən şəxslərin sayı əhalinin 46%-nə çatıb. İqtisadi böhran və ərzağın bahalaşması əhalini öz potensialından daha səmərəli istifadə etməyə həvəsləndirib. Finsa.az “Gfk Rus”-un həyata keçirdiyi araşdırmaya istinadən xəbər verir ki, mağazalarda ərzaq məhsullarının satış səviyyəsi aşağı düşür. 

Xilasedici bağ

“Gfk Rus”-un Baş direktoru Aleksandr Demidov “RBK”-ya verdiyi açıqlmasında bildirib ki, son 2 ildə öz bağında meyvə və tərəvəzlər yetişdirən rusiyalıların sayı artaraq, 39-dan 46% çatıb. Eyni zamanda 15% “aktiv bağbanlar” üçün öz tərəvəzini istehsal etmək əsas qida mənbəyidir.

Baş direktorun sözlərinə görə bu sahədə böyük sıçrayış qeyda alınıb, insanlar özlərinin yetişdirdikləri məhsullarla qidalanmağa üstünlük verirlər. “Bu şübhəsiz böhranın nəticəsidir”; - deyə Demidov bildirdi. O, əlavə etdi ki, əyləncə üçün deyil, yaşamaq üçün kənd təsərrüfatı ilə məşğul olan rusiyalıların sayı yalnız artacaq.

Öz növbəsində kənd təsərrüfatı xəbərləri üzrə ixtisaslaşmış “FruitNews” portalının Baş direktoru İrina Koziy mövcud bu tendensiyanı təsdiqləyir. Onun sözlərinə görə bu gün bu tendensiya kiçik yaşayış məntəqələrində daha çox gözə çarpır. Koziy deyir ki, “Digər tərəfdən regionlar səviyyəsində mövcud bəzi proqramlar var ki, onlar çərçivəsində aztəminatlı və çoxovladlı ailələr yaz əkini üçün kartof toxumları ilə təmin olunurlar”.

“INFOLine-Аналитика”-nın Baş direktoru Mixail Burmistrov bildirir ki, müstəqil aqronomların sayından əlavə, əkin həcmində də artım müşaiyət olunur. O qeyd edib ki, getdikcə daha çox rusiyalılar yetişdirdikləri məhsulları yarmarkalarda sataraq, gəlir əldə etməyə çalışırlar.

Digər tərəfdən çətin ki, bağda yetişdirilən məhsullar tam şəkildə rusiyalıların tələbatlarını ödəyə biləcək. “Райффайзенбанк”-ın pərakəndə satlş və istehlakçı sektorunun baş analitiki Nataliya Kolupayevanın fikrincə öz bağlarından istifadə əksər hallarda “öz resurslarından sərfəli istifadənin illüziyasıdır”. Həm də toxum və gübrələrin qiymətini, daimi və ya müvəqqəti işlər üçün zəruri xərcləri nəzərə alsaq bu işi iqtisadi baxımdan da uğurlu adlandırmaq çətindir. Kolupayeva deyir ki, “Şəxsi bağlarda yetişdirilən məhsullardan maksimum bir neçə vedrə kartof, xiyar, pomidor və göyərti yığa biləcək və ya alma məhsulu toplamaq mümkündür”. Analitik xatırladır ki, bu gün mövcud çətin makroiqtisadi vəziyyətdə belə orta istehlak səbətinə geniş şəbəkə qida məhsulları (çörək, bitki yağı, süd, tərəvəzlər, yarmalar, makaron məmulatları) daxildir.

Mənbə: “Gfk Rus”

“Gfk Rus”-un “Rusiyalı istehlakçısı 2016: Böhran vərdişi” araşdırmasında deyilir ki, “Rusiyalı istehlakçılarının əhval-ruhiyyəsinin bir qədər yaxşılaşmasına baxmayaraq, ümumi ortam mənfi zonada qalmaqdadır”.

Araşdırmada iştirak etmiş respondentlərin 53% qeyd ediblər ki, 2016-cı ilin aprelində böhran onların həyatına təsir edib. İyulda isə bu nəticə 46% düşdü. Əmək haqqları azalan rusiyalıların sayı 22-dən 19% düşüb. Lakin 2014-cü ildə respondentlərin cəmi 7% maaşlarının azalması haqqında məlumat veriblər.

“Gfk”-in analitika mərkəzinin proqnozuna əsasən 2016-cı əhalinin real maliyyə gəlirləri 5.1% azalacaq. Beləliklə rusiyalıların maliyyə vəziyyəti əslin yaxşılaşmayacaq, sadəcə xalq böhrana öyrəşdiyindən mövcud iqtisadi reallığı daha sakit qəbul edir. Demidovun sözlərinə görə rusiyalılar yaxında iqtisadi böhrandan çıxacaqlarına ümid etmədiklərinə görə bir növ ona öyrəşiblər (vərdiş yaranıb). Buna görə də “böhran istehlak strategiya” hələ də gündəmdədir.

“Gfk”-ın nəticələrinə görə respondentlərin əksəriyyəti (75%) müəyyən mal və xidmətləri almaqdan imtina etməyə hazır olduqlarını söyləyiblər. Əsasda rusiyalılar gözəllik salonlarına qənaət edirlər. Bunu 17% respondentlər təsdiq ediblər. Qənaət edilənlər siyahısına məişət texnikası (16%) və kosmetika (15%) da aiddir.

Bir çox ərzaq məhsullarının satışında da azalma müşaiyət olunur. “Gfk”-ın nəticələrinə görə 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər olan bir il ərzində süd məhsullar və ətin fiziki cəhətdən satışı 0.5 və 0.8% azalıb. İstehlakçılar ən çox şirniyyat məmulatlarına (3% yaxın azalma) qostranom məmulatlarına (-3,8%), çörək məmulatlarına (-7%) və balıq və dəniz məhsulları (-7,4%) qənaət edirlər.

Həmin dövr üçün müxtəlif promoaksiyalar çərçivəsində satın alınmış məhsulların payı artaraq 45% çatıb. “Gfk”-ın hesablamalarına görə bütün FMCG ticarətində promoaksiyaların payı artaraq 12.2% 14.1% çatıb.

“Rusiyalı istehlakçısı 2016” araşdırması “Gfk Rus”-un Ümumrusiya araşdırması əsasında 1991-ci ildən 16 yaşından yuxarı 2.1 min respondentlərdən müsahibə əsasında Rusiyanın müxtəlif şəhər və kəndlərində aparılıb. Bundan əlavə istehlakçı panellərinin məlumatları və “GfK” pərakəndə satış monitorinqlərindən istifadə olunub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272