DÜNYA

OPEC-in razılaşması Rusiyanın zərərinə olacaq
26 OKTYABR
213

OPEC-in razılaşması Rusiyanın zərərinə olacaq

2016-10-26 09:12:00

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) nəzdində əldə ediləcək hasilatı azaltmaq və ya məhdudlaşdırmaqla bağlı razılaşmada iştirak etmək Rusiyanın zərərinə olacaq.

Fins.az xəbər verir ki, Rusiyanın Enerji və Maliyyə İnstitutunun iqtisadiyyat bölməsinin rəhbəri Marsel Salikov bu fikirdədir.

Son 2 ildə Rusiya iqtisadiyyatının gözləniləndən daha dayanıqlı olduğunun müşahidə edildiyini qeyd edən M.Salikov deyib: “Rusiyadakı müxtəlif şirkətlər arasında neft hasilatını məhdudlaşdırmaq istiqamətində əməkdaşlığın təmin edilməsi çox çətin görünür. Rusiyanın neft istehsalı 2018-ci ilədək artmaqda davam edəcək”.

M.Salikov OPEC üzrə razılığın əldə olunmasının Səudiyyə Ərəbistanı və İranın mövqeyindən asılı olacağını deyib. Bildirib ki,

Səudiyyə Ərəbistanı yaşadığı iqtisadi çətinliklərlə əlaqədar öz mövqeyini dəyişdirmiş kimi görünür. Lakin əgər OPEC-ə üzv ölkələr arasında istehsal səviyyəsini sabitləşdirməklə bağlı razılıq əldə edilməsə 2015-ci ilin sonunda olduğu kimi razılığın əldə olunmaması nəticəsində neftin qiymətində yenidən əhəmiyyətli dərəcədə ucuzlaşma ola bilər. Fikrimcə Rusiya OPEC-in hansı qərar qəbul etməsindən asılı olmayaraq müstəqil formada hərəkət etməlidir.

Xatırladaq ki, keçən ay Əlcəzairdə toplaşan OPEC-ə üzv ölkələr son 2 ildə 70 faizdən çox ucuzlaşan xam neftin qiymətini

yüksəltmək üçün gündəlik neft istehsalının 33,6 milyon barreldən 32,5 milyon barrelə salınması ilə bağlı razılığa gəliblər. İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində OPEC səlahiyyətliləri ilə bir araya gələn Rusiya isə Vyana yığıncağında istehsalı “dondurmaq”la bağlı qəbul olunacaq qərarı dəstəkləyəcəyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275