DÜNYA

Rusiyada daha bir bankın lisenziyası ləvğ olundu
25 OKTYABR
388

Rusiyada daha bir bankın lisenziyası ləvğ olundu

2016-10-25 11:17:00

Bu gündən Rusiyanın Mərkəzi Bankı Sankt-Peterburq şəhərində yerləşən “Finansoviy kapital” bankının lisenziyasını geri alıb.

Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərara bankın federal qanunları və normativ aktları yerinə yetirilməməsi səbəb olub.

Qeyd edək ki, “Finansoviy kapital” il ərzində dəfələrlə “Cinəyət yolu ilə alınnan gəlirlərin leqallaşması (yuyulması)” maddələrində nəzərdə tutulan tələbləri pozub. Bundan başqa yüksək riskli kredit siyasəti aparıb.

Aktivlərin həcmi ilə “Finansoviy kapital” Rusiyanın bank sistemində 512-ci yer tutub. Hal-hazırda banka müvəqqəti administrasiya təyin olunub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272