DÜNYA

Dolların rallisi zirvəyə çatıb
25 OKTYABR
355

Dolların rallisi zirvəyə çatıb

2016-10-25 10:49:00

Dünyanın ən böyük pul menecerlərindən biri olan JPMorgan Asset Management-ə görə, Fed-in faiz artırmasını məhdudlaşdırmasının təsirilə dolların rallisi zirvəyə çatıb və ABŞ-da xəzinə istiqraz faizləri istiqamətini aşağı çevirir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il 1 dəfə faiz artıracağı gözlənilir. Fedin gələn il faiz artırımlarının az sayda və daha aşağı nisbətlərdə olacağı gözlənilir. Çünki Fed inflyasiya hədəfinə çatmayıb və ABŞ-da yeni bir durğunluq ola biləcəyi danışılır. 

JPMorgan Asset Management-in istiqraz bazarı üzrə eksperti Nikolas Gartside verdiyi müsahibəsində, Fedin faiz artırımı prosesinin faiz nisbətinin ən çox 1 faiz səviyyəsinə gələnə qədər olacağını bildirib.

Hazırda Fed-in faizləri 0,25-0,50 faiz intervalındadır.

Gartside, bu vəziyyət ilə, Avqustun ortasından bu yana dollarda rekord qıran yüksəlişin sona çatdığını və 10 il müddətli xəzinə istiqrazlarının faizinin mövcud 1.77%-dən gələn il 1.5 faiz səviyyəsinə yönələcəyini bildirib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275