DÜNYA

Alişer Usmanovun Özbəkistan rəhbərliyinə nə aidiyyatı var?
25 OKTYABR
230

Alişer Usmanovun Özbəkistan rəhbərliyinə nə aidiyyatı var?

2016-10-25 09:27:00

Özbəkistanın növbəti prezidenti olacağı ehtimal edilən Şavkat Mirziyayev müstəqil siyasi fiqur olmayacaq. Mirziyayev verəcəyi qərarları ölkəsinin daha iki rəhbər şəxsilə razılaşdırmalı olacaq. Bu haqqda “Reuters” adsız mənbələrinə istinadən yazır.

“Reuters” məlumatına görə söhbət Özbəkistanın milli təhlükəsizlik xidmətinin rəhbəri Rüstəm İnayətov və ölkənin Baş naziri Rüstəm Azimov haqqında gedir.

Agentliyin əldə etdiyi məlumata əsasən Özbəkistanın siyasətinə özbək əsilli milyarder Alişer Usmanovun da böyük təsiri var. “Reuters” adı çəkilməsini istməyən özbəkistanlı iş adamına istinadən yazır ki, Usmanovun şəxsi təyyarəsini son zamanlar tez-tez Daşkənd hava limanında görürlər.

“Reuters” Usmanova yaxın mənbəsinin verdiyi məlumata görə milyarderin Özbəkistanın hakim dairələrilə kifayət qədər yaxın münasibəti var. Mənbə eyni zamanda Mirziyayevin Rusiyanın regionda yeritdiyi siyasi kursa yaxın olduğunu da qeyd edib. 

“Reuters” diqqətə çatdırır ki, ölkə prezidenti səlahiyyətlərini sentyabrın əvvəlindən icarə edən Mirziyayevin prezident seçkilərində namizədliyi respublikanın iki əsas “ədavətdə olan klanları” ilə razılaşdırılıb.

Mənbəndən alınan məlumata görə “klanlar” nümayəndələri sentyabrın 28-də görüşərək, Mirziyayevin Özbəkistanın publik lideri olacağına dair razılığa gəliblər, lakin o müstəqil qərarlar qəbul etməyəcək. Agentlik “Flightradar24” xidmətinə istinadən xəbər verir ki, Usmanovun təyyarəsi həmin gün Daşkənddə idi. 

Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə keçənə qədər respublikanın Baş naziri vəzifəsində çalışırdı. Hələ 2013-cü ildə “BBC News” onu növbəti prezident vəzifəsinə ən real namizəd adlandırmışdı.

Digər tərəfdən agentlik Mirziyayevlə Usmanovun qohumluq əlaqəsini də diqqətə çatdırır. 2009-cu ildə milyarderin qardaşı oğlu, Mirziyayevin qardışı qızı ilə ailə həyatı qurub. “Bi-bi-si”nin mənbələrinə görə bu evlilik keçmiş prezident İslam Kərimov tərəfindən narazılıqla qarşılanmışdır. Xatırladırıq ki, Usmanovun qardaşı oğlu 2013-cü ildə avtomobil qəzasında həlak olub. 

Özbəkistan hökuməti sentyabrın 2-də İslam Kərimovun rəhmətə getdiyini elan edib. Prezidentin rəhmətə getdiyi haqqında ilk xəbərlər avqustun 29-dan gəlməyə başlamışdı.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271