DÜNYA

ABŞ-da bank filialları getdikcə azalır
25 OKTYABR
337

ABŞ-da bank filialları getdikcə azalır

2016-10-25 01:33:00

ABŞ-ın öndə gələn bankları yüzlərlə filialını bağlayıb. 

Fins.az "Vesti" agentliyinə istinadən bildirir ki, "Bank of America", "Citigroup" və "JPMorgan" kimi nəhəng banklar bu ilin III rübündə 389 filialını bağlayıb. 2014-cü il maliyyə böhranı başlayanda 6 mindən çox filiala sahib olan "Bank of America" hazırda filial sayını 4 629-a endirib. Bu il ərzində bank 112 filialını bağlayıb.

Bankın maliyyə direktoru Pol Donofrionun sözlərinə görə, filialların bağlanması prosesi "bankomat, onlayn-xidmət, mobil xidmət və rəqəmsal özünəxidmət kanallarına" keçid ilə əlaqədardır. III rüb hesabatına əsasən Bankın 21 mln. aktiv mobil bankinq istifadəçisi var ki, onlar da ümumi tranzaksiyaların 18%-i həyata keçirir. Donofrionun verdiyi məlumata görə bu tendensiya, bankın xərclərinin 10% azalmasına səbəb olub. Son 5 il ərzində biz banka ziyarətlərin sayını 15-30% azaldaraq 5-6 milyona sala bilmişik. Beləliklə, bankımız müştərilərinə canlı görüşdükdə daha qiymətli əlavə məhsullar təqdim edə bilməyə başlayıb, deyə müdür bildirib. Hazırda bankda əsas məhsullar ipoteka və investisiya kateqoriyalarına aiddir.

"Citigroup" da həmçinin dünya üzrə filiallarının sayını 116 ədəd və ya 4,2% azaldaraq 2 679 ədədə endirməyi planlaşdırdığını açıqlayıb.

"JPMorgan" isə keçən ilin müvafiq dövrü ilə müqayisədə filial sayını 2,6% azaldaraq 5 310-a endirib. Hesabat dövründə illik müqayisədə mobil bankinq istifadəçilərinin sayı 17% artım göstərib.

"Goldman Sachs" bankının "Digital Finance" (rəqəmsal maliyyə) departamentinin müdiri Xarit Talvarın (Harit Talwar) fikrincə, "Rəqəmsal texnologiyalara keçid bank sistemi üçün çox önəmlidir və bank filiallarının məqsədəuyğunluğu sualı yaradır. 

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272