DÜNYA

Rusiyada daha 20 il durğunluq olacaq
21 OKTYABR
271

Rusiyada daha 20 il durğunluq olacaq

2016-10-21 12:22:00
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi (MER) həyat səviyyəsinin dəyişməyəcəyini və 2035-ci ilədək durğunluq vəziyyətində  qalacağını proqnozlaşdırır. MER neftin qiymətinin aşağı səviyyədə qalacağını da vurğulayıb. Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, makroproqnozlara əsasən, bu illər ərzində maaşlar cüzi qalxacaq, ən böyük yüksəlmə isə 2025-ci ildə gözlənilir (2,1%).
Bundan başqa, dolların məzənnəsi bu ssenariyə uyğun şəkildə - 2025-ci il üçün 76,9 rubl, 2035-ci il üçün isə 78,4 rubladək qalxacaq. 2035-ci il üçün ÜDM-nin ortaillik artım tempi isə 1,8 faiz təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272