DÜNYA

Neft bazarında tənəzzül başa çatır - AÇIQLAMA
20 OKTYABR
954

Neft bazarında tənəzzül başa çatır - AÇIQLAMA

2016-10-20 09:18:00

Neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir.

Fins.az Sputnik-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh "Oil&Money" konfransında çıxışında bildirib.

Əl-Faleh deyib ki, OPEC-in üzvü olmayan bir çox ölkələr neft hasilatını nəinki dondurmaq, həm də azaltmaq barədə razılığa gəliblər. Amma o, söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb. Nazir onu da bildirib ki, "kartelin üzvləri kollektiv hərəkət etsə", OPEC neft bazarına uzun müddət sabitləşdirici təsir göstərə bilər. Çinin neftə olan tələbatının azalmadığını vurğulayan nazirin fikrincə, dünya neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir: "Biz neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik". Əl-Faleh hazırda bazarın müvazinətini aydın surətdə bərpa etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272