DÜNYA

Funt daha da ucuzlaşa bilər
19 OKTYABR
297

Funt daha da ucuzlaşa bilər

2016-10-19 16:23:00

"Goldman Sachs" investisiya bankının analitikləri funt sterlinqin daha 10% ucuzlaşa biləcəyini proqnozlaşdırır. Fins.az xəbər verir ki, analitiklər Böyük Britaniyanın milli valyutasının hələlik o qədər də ucuz olmadığını hesab edir.

Bundan öncə isə analitiklər funtun məzənnəsinin 1,20 dollara qədər ucuzlaşacağını demişdilər.

HSBC bankının analitikləri də funtun 1,10 dollaradək ucuzlaşacağını bildirirlər.

"BNP Paribas" bankının mütəxəssisləri isə bunun əksini düşünür. Fransız bankının ekspertlərinin fikrincə, funta bu gün ədalətli dəyər verilmir və yaxın müddətdə valyuta itkilərini bərpa edərək 1,29 dollar səviyyəsinə yüksələ bilər.

Digər fransız bankı "Societe Generale" funtun məzənnəsini 1,15 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, çərşənbə axşamı birjalarda funt 1,2298 dollar səviyyəsində qərarlaşıb. Bu gün isə Britaniyanın milli valyutası 1,2320 dollar səviyyəsinədək yüksələ bilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272