DÜNYA

Böyük Britaniya “investisiya üçün cəlbedici ölkə” statusunu itirdi
19 OKTYABR
177

Böyük Britaniya “investisiya üçün cəlbedici ölkə” statusunu itirdi

2016-10-19 10:14:00

Böyük Britaniya 2009-cu ildən bu günə qədər ilk dəfə olaraq investisiya üçün cəlbedici ölkələrin ilk beşliyindən çıxdı. Bu haqda məlumatı Global Capital Confidence Barometer hesabatına istinadən Bloomberg agentliyi vermişdir.

Şirkətlər ölkə rəhbərliyinin nasionalist istiqamətli fəaliyyətindən və Brexit-in səbəb ola biləcəyi nəticələrdən, həmçinin valyutaların məzənnəsinin dəyişməsindən ehtiyat edir. Bununla yanaşı, Böyük Britaniyanın Avrozonadan çıxmaq haqqında qərarı da mənfi olaraq qiymətləndirilir.

2016-cı ildə investorlar üçün ən cəlbedici ölkələrin sırasında ABŞ, Çin, Almaniya, Kanada və Fransa oldu. Hesabat avqust və sentyabr aylarında dünyanın 45 ölkəsində 1,7 min şirkət rəhbəri ilə həyata keçirilən sorğu əsasında tərtib edilib.

11 oktyabr tarixində The Times nəşri qeyd etmişdi ki, Böyük Britaniyanın Avrozonadan çıxmaqla bağlı sərt qərarı 15 il ərzində hər il ölkə iqtisadiyyatına 38-66 milyard funt sterlinqə (47-81 milyard dollar) başa gələ bilər.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum 23 iyun tarixində keçirilmişdi və britaniyalı seçicilərin demək olar ki, yarısı ölkənin Aİ-nı tərk etməsinin lehinə səs verdi.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272