DÜNYA

Çin milli valyutası çökür
17 OKTYABR
840

Çin milli valyutası çökür

2016-10-17 11:16:00

Çin Xalq Bankı (Mərkəzi Bank) ABŞ dollarının məzənnəsini oktyabrın 14-nə nəzərən 222 bənd və ya 0,33% artıraraq 6,7379 yuan səviyyəsində müəyyənləşdirib. Bununla da Çində dolların rəsmi məzənnəsi son 6 ilin maksimal həddinə yüksəlib.

Xatırladaq ki, Çin Xalq Bankı yuanın dollarla müqayisədə məzənnəsinin formalaşdırılma mexanizmində islahatlara ötən ilin avqustunda başlayıb. O zaman Bank, Çinin xarici ticarətində müsbət saldonu və yuanın digər valyutalarla müqayisədə möhkəmlənməsini nəzərə almaqla milli valyutanın məzənnəsinin hesablanma metodikasının bazar amillərinə təsirini optimallaşdırmaq qərarına gəlib.

Xatırladaq ki, yuanın birja məzənnəsinin rəsmi məzənnə ilə marjası 2%-i keçə bilməz. Yəni, bu günə dolların məzənnəsi maksimum 6,8726 CNY/USD, minimum isə 6,6031 CNY/USD ola bilər.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272