DÜNYA

Rusiya yuanda dövlət istiqrazı buraxır
17 OKTYABR
224

Rusiya yuanda dövlət istiqrazı buraxır

2016-10-17 09:40:00

Rusiya 2016-cı ilin sonuna ilk dəfə Çin yuanında dövlət istiqrazları buraxa bilər. Beləliklə, ölkə milyard dollarlıq vəsait cəlb edəcək.

Bu barədə Rusiya Maliyyə Nazirliyinin dövlət borcu və dövlət maliyyə aktivləri departamentinin direktoru Konstantin Vışkovski bildirib. Məmur qiymətli kağızların əlavə kreditlər proqramı çərçivəsində 200 milyard rubla (3,2 milyard dollar) satıla biləcəyini deyib.

K.Vışkovski diqqətə çatdırıb ki, Rusiya federal borc istiqrazlarının buraxılması mexanizmi vasitəsilə milyard dollar cəlb edə bilər, sonra pullar rubla konversiya ediləcək.

Qeyd edək ki, oktyabrın 12-də 2017-2019-cu illər üzrə federal büdcənin layihəsi dərc olunub. Sənədə əsasən, üç il ərzində Rusiya 13 milyard dollara qədər borc ala bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272