DÜNYA

“Bank VTB” gündəlik istiqrazlar proqramını buraxır
17 OKTYABR
146

“Bank VTB” gündəlik istiqrazlar proqramını buraxır

2016-10-17 09:36:00

“Bank VTB” ilkin həcmi 25-30 milyard rubl olacaq gündəlik istiqrazlar proqramını buraxa bilər. Sonradan bu məbləğ gündə 250-300 milyard rubladək arta bilər.

Bu barədə “Bank VTB” ASC-nin rəhbəri Andrey Kostin məlumat verib.

“Həqiqətən biz bu proqramı buraxırıq. Ümid edirik ki, ilkin həcmi 25-30 milyard ola bilər. Sonra bəlkə də təxminən 50 milyardadək arta, maksimum isə gündəlik həcm 250-300 milyard ola bilər”, - deyə A.Kostin “Rossiya 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, 5 trilyon rubl ümumi illik limitdir. Gündəlik istiqrazlar proqramı maraqlı alətdir. Biz onu Mərkəzi Bankla razılaşdırmışıq və onun nə dərəcədə səmərəli və zəruri olacağını nəzərdən keçirəcəyik.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274