DÜNYA

Nabiullina: Türkiyə məhsulları Rusiyada inflyasiyanı salacaq
14 OKTYABR
197

Nabiullina: Türkiyə məhsulları Rusiyada inflyasiyanı salacaq

2016-10-14 10:48:00
Rusiyanın Kazan şəhərində bir konfransda danışan Elvira Nabiullina, Türk məhsullarının Rusiya bazarına dönəcəyi təqdirdə inflyasiya tempinin düşəcəyini gözlədiklərini söyləyib. Fins.az bildirir ki, Rusiya Mərkəzi Bankının sədri, "Ümid edirik ki, bu eniş reallaşar",- deyə bildirib.
 
Beynəlxalq kredit reytinqi agentliyi Fitch-in Rusiyanın kredit notuyla əlaqədar edəcəyi qiymətləndirməyə də toxunan Nabiullina, "Makroiqtisadi sabitlik və iqtisadiyyatımızın yenidən bərpasına dair siqnallar var. Maliyyə və kredit siyasətimizi balanslıdır və Rus iqtisadiyyatında uzun müddətli maliyyə sabitliyini təmin edəcək. Reytinqimizin də yüksəlməsini gözləyirik", söyləyib. 
 
Qeyd edək ki, Rusiya Mərkəz Bankı, 2017-ci ilin sonu etibarilə inflyasiyanı yüzdə 4-ə salmağı hədəflədiyi halda, bankın 2016-cı ilin sonunda inflyasiya gözləntisi yüzdə 5 və ya yüzdə 6 səviyyəsinə yüksəlib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270