DÜNYA

BMT-nin yeni baş katibi seçilib
14 OKTYABR
199

BMT-nin yeni baş katibi seçilib

2016-10-14 09:13:00

BMT-nin yeni baş katibi seçilib.

Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.  

O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274