DÜNYA

Rusiyada dollar oktyabr maksimumunda
13 OKTYABR
1323

Rusiyada dollar oktyabr maksimumunda

2016-10-13 17:14:00

Rusiyada rubl bu günün birja sessiyasında neft kotirovkalarının və foreksin neqativ təsiri ilə minimum satış göstərib. Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, səhər saatlarında 30 sentyabrdan bəri ilk dəfə olaraq rublun dollara qarşı dəyəri 63,46-ya çatıb.

Günorta isə dollar/rubl cütlüyünün birja kotirovkaları sabaha olan hesablamaları ilə 63,33-ün ətrafında idi (çərşənbə gününün bağlanışı ilə müqayisədə + 0,5%).

Sabaha olan hesablamalara görə, 1 avro 69,64 rubl səviyyəsində olacaq, bu da öncəki bağlanışdan 0,4% daha yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272