DÜNYA

Yuan 6 ilin minimumuna düşdü
10 OKTYABR
184

Yuan 6 ilin minimumuna düşdü

2016-10-10 14:16:00

Çin Xalq Bankı milli vayutanın nominal qiymətini 6,7005 yuan/dollara-dək aşağı salıb. Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yuan son altı ilin tarixi minimumunu göstərib. Ekspertlərin rəyinə görə, yuanın dollara qarşı məzənnəsi normal prosesdir və gələcəkdə də davam edəcək.

“Uzunmüddətli perspektivdə isə yuanın enməsi üçün əsasəlar yoxdur”. 

Xatırladaq ki, 2005-ci ilədək yuanın məzənnəsi dollara sıx bağlı idi. 1997-ci ildən 2005-ci ilədək Çin höküməti tərəfindən milli valyuta 8,27 yuan/dollar səviyyəsində saxlanılırdı. 2006-ci ildən məzənnə birjaların nəticəsi ilə müəyyən olunur. Yuanın tarixi maksimumu 2014-cü ilin yanvar ayında qeydə alınmışdır və onun qiyməti 6,0395 yuan/dollar təşkil edirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270