DÜNYA

Almaniyada 280 min nəfər əcnəbi miqrant gizlənir
08 OKTYABR
362

Almaniyada 280 min nəfər əcnəbi miqrant gizlənir

2016-10-08 13:20:00

Almaniyanın hüquq mühafizə orqanları yerli miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən 280 minə yaxın əcnəbi barədə axtarış elan edib. Bu barədə HR Info radiostansiyasına Federal Cinayət Polisi İdarəsindəki mənbə məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son iki ildə Almaniya Federativ Respublikasında barəsində axtarış elan olunmuş mühacirlərin sayı iki dəfə artıb. 2014-cü ildə qalmağa icazə verilmiş müddət başa çatdıqdan sonra ölkəni tərk etməyən 120 minədək xarici vətəndaş qeydə alınmışdı. Axtarışda olan şəxslərin sayının belə kəskin artması Almaniya tarixində ən böyük miqrant böhranı ilə izah edilir.

Hakimiyyət orqanlarının məlumatına görə, bu il AFR-ə əsasən Yaxın Şərq və Şimali Afrikadan olan 890 min qaçqın gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274